İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRS

21 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin baş binasının akt zalında Tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının  baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Etibar Musayevin ictimaiyyətə “Misir XX əsrin 50-70-ci illərində” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin […]

Davamı

Kafedra iclası

Ümumi tarix kafedrasının 14.04.2016-cı il tarixində iclası keçirildi.İclasda kafedra əməkdaşları ilə yanaşı fakültənin dekanı dos.U.Həsənov da iştirak edirdi. Kafedranın gündəliyində olan əsas məsələlərdən  pedoqoji təcrübə, buraxılış işlərinin vəziyyəti və kafedranın doktorantının hesabatının müzakirəsi idi.

Davamı

Açıq dərs

15.04.2016-cı il tarixində tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Kazımov Bəhman Qafar oğlunun tarix müəllimliyi ixtisasının IV kursunda Müasir tarix fənnindən “İspaniya 1946-1970-ci illərdə” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kafedra müdiri dos.V.Veysəlova, b/m S.İsmayılzadə, t.f.d. b/m E.Musayev və X.Məmmədov iştirak etmişdilər.   

Davamı

Orduya dəstək

Azərbaycan ordusu son günlərdə cəbhədə keçirdiyi hərbi döyüşlər zamanı düşməni ağır məğlubiyyətə uğratdı. Ölkəmizin bütün şəhər və rayonlarında ordumuza dəstək olaraq, onları növbəti qələbələrə səsləyən tədbirlər keçirildi. Belə tədbirlərdən birinidə Gəncə Dövlət Universiteti keçirdi.Tədbirdə Tarix-coğrafiya fakültəsinin bütün müəllim və tələbələridə iştirak edirdi.    

Davamı

Beynəlxalq konfransda iştirak etmək imkanı Sizi gözləyir!

“RomaMun”- Birləşmiş Millətlərin “Roma Modeli” adlı təşkilatın təklif etdiyi beynəlxalq konfransda iştirak etmək imkanı Sizi gözləyir! İştirak etmək istəyən tələbələrə təqaüd veriləcək. Bundan başqa akademik sahəsinə uyğun olaraq prorektorlar, dekanlar, elmi tədqiqatçılar və müəllmlərdə bu beynəlxalq tədbirdə iştirak edə bilərlər. Konfransla bağlı geniş məlumatı aşağıda qeyd olunan veb keçiddə əldə edə bilərsiniz: http://www.romemun.org/ Veb qeydiyyata […]

Davamı

Gəncə Dövlət Universitetində Müəllim günü qeyd edildi.

Oktyabrın 3-də Gəncə Dövlət Universitetində 5 oktyabr Beynəlxalq Müəllim gününə həsr olunmuş tədbir keçirildi. Professor-müəllim, tədris-köməkçi, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Asif Cavadov müqəddəs peşə sahiblərini qarşıdan gələn Müəllim günü münasibətilə təbrik etdi.

Davamı