Sosial fənlər

SOSİAL FƏNLƏR KAFEDRASI

Gəncə Dövlət Universitetində əvəllər marksizim – leninizim kimi fəaliyyət göstərən bu kafedranı fəlsəfə elmləri doktoru, professor, prezident təqaüdçüsü, dörd il 1975-1979-cu illərdə Gəncə Dövlət Pedoqoji İnstitutunun rektoru işləmiş Qabil Saleh oğlu Seyidov 1968-ci ildə kafedranın profilinə uyğun olaraq fəlsəfə kafedrası yaratmışdır. 2001-ci ildə fəlsəfə kafedrası sosial fənlər kafedrası ilə əvəz olunmuşdur. 1968-ci ildə kafedrada 2 nəfər elmi dərəcəli  müəllim çalışırdı və kafedraya rəhbərlik ( 1968-1975-ci illərdə) fəlsəfə elmləri doktoru, professor Qabil Seyidova tapşırıldı. Qabil müəllimin  yüksək təşkilatçılığı nəticəsində  kafedranın maddi-texniki bazası daha da yaxşılaşmışdır. 1979-1984-cü illərdə kafedra müdiri Məmmədəli Məmmədov olmuşdur. 1984-2001-ci ilə qədər kafedra müdiri vəzifəsinə fəlsəfə elmlər namizədi, dosent  Səyyad Məmmədov seçilmişdir. 2001-ci ildən 2011-ci ilədək Sosial fənlər kafedrasına dosent Vəkil Aşırov rəhbərlik edib. 2011-ci ilin iyun ayından  dosent Cavad Tağıyev kafedra müdiri seçilib.

Ali təhsilin Bakalavr təhsil pilləsinin universitetin bütün fakultə və ixtisaslarında politologiya, sosialogiya, fəlsəfə, siyası fikir tarixi, Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları, məntiq, inzibati hüquq və s. kimi fənlər tədris olunur. 2012- ci ildən kafedranın profilinə uyğun “Sosial iş “ixtisası verilməklə kafedrada tədris olunan fənlərin sayı artmışdır. Belə ki,  Heydər Əliyev və Azərbaycan dövlətçiliyi,Sosial işə giriş, Sosial işin nəzəriyyəsi və təcrübəsi , Sosial işdə etik prinsiplər, Sosial siyasət, Qaçqın və məcburi köçkünlərlə sosial iş, Qloballaşma və beynəlxalq sosial iş, Azərbaycanda sosial yardım sistemi, Sosial işin tədqiqat metodları və s. yeni fənlər tədris olunmağa başlamışdır.

Müəllimlərimiz tərəfindən Ali təhsilin bakalvr pilləsi üçün Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, politologiya, sosialogiya, Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları, fəlsəfə, genderə giriş, qloballaşma və beynəlxalq sosial iş fənlərinə aid fənn proqramları işlənib hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmişdir.

Kafedranın müəllim heyəti 2 dosent, 1  siyasi elmlər üzrə fəlsəfə doktoru, 4 baş müəllim, 2 müəllimdən ibarətdir.

Kafedranın 5  nəfər tədris köməkçi heyəti vardır.

MÜƏLLİM  HEYƏTI

  1. Tağıyev Cavad Oqtay oğlu – Dosent Kafedra müdiri
  2. İsmayılov Xəlil Abbas oğlu – Dosent
  3. Məmmədov Asim Şəfayət oğlu- S.f.d
  4. Balakişiyev Üzeyir Qara oğlu- baş müəllim
  5. Ramazanova Qərənfil Əhməd qızı- baş müəllim
  6. İsmayılova Zenfira Əlövsət qızı -baş müəllim
  7. Əliyev Rafiq Hüseyn oğlu- baş müəllim
  8. Əhmədova Yeganə Mehman qızı -müəllim
  9. İsayeva Aytən Cabbar qızı -müəllim

TƏDRİS KÖMƏKÇİ  HEYƏTİ

  1. Məmmədova Mərziyə Bəşir qızı- böyük lobarant
  2. Həsənova Ruhimə Arif qızı – böyük lobarant
  3. Xəlilova Gülafət Faxrəddin qızı- böyük lobarant
  4. Məmmədova Sevinc Sarı qızı- böyük lobarant
  5. Cəfərova Fazilə İlyas qızı- kabinə müdiri