İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRS

21 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin baş binasının akt zalında Tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının  baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Etibar Musayevin ictimaiyyətə “Misir XX əsrin 50-70-ci illərində” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, fakültənin dekanı dosent Urfan Həsənov, ictimaiyyət nümayəndələri, ali və orta məktəblərdən ixtisasçılar, müəllimlər və tələbələr iştirak etmişlər.

Baş müəllim Etibar Musayev Misirdə milli suverenliyi möhkəmlətmək uğrunda müharibə və respublika rejiminin yaradılması (1945- 1954) , Camal Əbdul Nasirin hakimiyyəti və ölkənin yeni inkişaf kursu (1954-1970),  Ənvər Sədatın hakimiyyəti illəri (1970-1981) və Misirin Beynəlxalq vəziyyəti haqqında  məlumatlar verdi. Dərsin canlı, daha uğurlu alınması üçün  tarixi faktlardan və  slaydlardan yerli-yerində istifadə olundu. Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.

Müzakirə zamanı aşıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir