Gəncə Dövlət Universitetinin pedaqoji kollektivinə ağır itki baş vermişdir

 

IMG_1532

Tarix-Coğrafiya fakültəsinin qocaman müəllimi, Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Mirzəyev Səyyad Müseyib oğlu 17.02.2019-cu il tarixdə vəfat etmişdir.

Mirzəyev Səyyad Müseyib oğlu 1941-ci il mart ayının 22-də Nax.MR-nın Şərur rayonunun  Oğlanqala kəndində anadan olmuşdur.   1960-cı ildə orta məktəbi bitirmişdir. 1964-1968-ci illərdə BDU-nin tarix fakültəsində təhsil almışdır. 1981 –ci ildə tarix elmləri namizədi elmi dərəcəsi, 1985  -ci ildə isə dosent elmi adı almışdır. 2009-cu ildə Prezidentin sərəncamı ilə təhsildə qazandığı müvəffəqiyyətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Respublika Təhsil Nazirinin göndərişi ilə 1968-ci ildə Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. 1994-1997 –ci illərdə Universitetin tərbiyə işləri üzrə prorektor vəzifəsində işləmişdir. 2002-2012 –ci illərdə  Ümumi tarix  kafedrasının  müdiri vəzifəsində işləmişdır.

 

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir