“15 iyun – Milli Qurtuluş Günü”

20180606_110555 20180606_110656(0) 20180606_110701 20180606_110607(0) 20180606_112400(0) 20180606_113848 20180606_114722 20180606_113614

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakülətsində iyunun 06- da “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültənin  dekanı dos.Urfan Həsənov “Milli Qurtuluş Günü”nün mahiyyəti ilə bağlı toplantı iştirakçılarını məlumatlandırmışdır. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva 1992-1993-cü illərdə baş verən hadisələrlə bağlı ətraflı məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir. Daha sonra dos.Emma Aslanova, dos.Vüsalə Veysəlova, dos. Cavid Bağırzadə “15 iyun – Milli Qurtuluş Günü”nün gənc nəslin hərtərəfli formalaşması və tərbiyəsi istiqamətində mühüm əhəmiyyəti barəsində çıxışlar etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir