Tarix coğrafiya fakültəsində Novruz Bayramı münasibəti ilə tədbir keçirildi

IMG_0759 IMG_0762 IMG_0764 IMG_0767 IMG_0769 IMG_0771 IMG_0778 IMG_0782 IMG_0789 IMG_0792 IMG_0811 IMG_0818 IMG_0828 IMG_0832 IMG_0835 IMG_0812 IMG_0838

Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, fakültənin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dos.V.Veysəlova, Coğrafiya kafedrasının müdiri dos.Yeganə Əliyeva, müəllim və tələbələr iştirak etdi.

Tədbirdə  hər bir bölgə özünəməxsus novruz adət-ənənələri, novruz atributları vasitəsilə əks olunmuşdu. Tələbələr rəqsləri və kiçik səhnəciklər tədbiri daha da rəngarəng etdi.

Tədbirdə çıxış edən  Tarix coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov bildirdi ki, Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, insanların gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirən bir bayramdır. Fakültə dekanı dos.Urfan Həsənov sonda tələbələrə xoş arzularını çatdırdı.

Tədbirin qonağı Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva Novruz bayramının xalqımızın əziz bayramlarından biri olduğunu və novruz adət-ənənələrini qoruyub saxlamağın bizim mənəvi borcumuz olduğunu qeyd etdi. O, tələbələrə təşkil etdikləri səhnəcik və rəqslərə görə təşəkkürünü bildirdi.

Tələbələrin Azərbaycanın milli mənəvi dəyərlərindən nümunələr nümayiş etdiməsi xoş təəssürat yaratdı. Bayram  tədbiri kosa, keçəl və tələbələrin şən rəqsləri ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir