“Azərbaycanda orta əsr şəhər yerlərinin arxeoloji tədqiqi” mövzusunda elmi seminar

25 oktyabr 2017-ci il tarixdə Sosial fənlər kafedrasının təşkilatçılığı ilə ADPU-nun tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin “Azərbaycanda orta əsr şəhər yerlərinin arxeoloji tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir.

Elmi seminarda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektor dos.Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov və fakültənin professor-müəllim və tələbələri iştirak etmişdir.

Açılış nitqini edən dos. Pərvin Kərimzadə qonağı salamladı və elmi seminara uğurlar arzuladı.

Arxeoloq Fariz Xəlilli əyani vəsaitlərdən istifadə edərək Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar barədə geniş məlumat verdi. Aparılan arxeoloji qazıntılar haqqında, əldə edilən 16 000-dən artıq eksponat hansı muzeylərdə qorunduğu ilə bağlı ətraflı məruzə edən Fariz Xəlilli, bütün işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin verdiyi dəstəyi xüsusi vuğuladı. Arxeoloq hal-hazırda bir neçə ərazidə orta əsr şəhər yerlərinin arxeoloji tədqiqi ilə bağlı işlərin davam etdirildiyini qey etdi.

Auditoriyanın geniş marağına səbəb olan seminarın sonunda söz alan prorektor Gülsüm Fətəliyev Fariz Xəlilliyə öz minnətdarlığını bildirdi. Belə elmi seminarların müntəzəm olaraq təşkil olunması üçün GDU-nun rəhbərliyi hər zaman dəstək verəcəyini qeyd etdi.

Bundan sonra mövzu ətrafında müəllim və tələbələrin iştirakı ilə müzakirə keçirildi. Müəllim və tələbələrin maraqlandıran sualları cavablandıran Fariz Xəlilli ən sonda özü ilə gətirdiyi kitabları GDU-nun kitabxanasına hədiyyə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir