“Qafqaz II Dünya müharibəsi illərində” mövzusunda açıq dərs

IMG_20171221_102757 IMG_20171221_102732 IMG_20171221_102820 IMG_20171221_102833 IMG_20171221_102815

21 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix coğrafiya müəllimliyi  ixtisasının  III  kursunda  Ümumi tarix kafedrasının baş müəllimi Əsgərova Xəyalə İsrail qızının Qafqaz xalqlarının tarixi  fənnindən “Qafqaz II Dünya müharibəsi illərində” mövzusunda açıq dərsi olmuşdur.

Müəllimə dərsi interaktiv təlimlə keçdi. Tələbələri qrupa bölməklə hər bir qrupa tapşırıqlar verdi.  Seminar məşğələsində müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Ümumiləşdirilmiş nəticədə Qafqazın azad olunmasında Şimal cəbhəsi və Cənubi Qafqaz cəbhəsinin nə qədər böyük rol oynadığını bir daha təsdiq edildi.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasının müdiri dos. Vüsalə Veysəlova,  Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, Coğrafiya  kafedrasının müdiri dos. Yeganə Əliyeva və kafedranın digər əməkdaşları iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir