“Miqrantlarla sosial işin təşkili” mövzusunda elmi seminar

IMG_20171214_162631 IMG_20171214_162645

15 dekabr 2017-ci il tarixdə Azərbaycan Sosial İş İctimai Birliyinin NTK-nın üzvü Rəna Hüseynova Gəncə Dövlət Universitetinin qonağı olmuşdur. Rəna xanım ali təhsilin bakalavr  və magistr  pillələrini Almaniyada Sosial iş ixtisası üzrə başa vurmuşdur. Təhsil müddətində Almaniyada yaşayan miqranlarla sosial işin təşkili sahəsində çalışan Rəna xanım, Azərbaycan   a qayıtdıqdan sonra bu sahədəki nəzəri və praktik bilik və bacarıqlarını sosial xidmət sahəsində təhsil alan və fəaliyyət göstərən tələbə və işçilərlə bölüşməkdədir. Rəna xanımın belə seminarlarından biri də Gəncə Dövlət Universitetində təhsil alan “Sosial iş” ixtisasının tələbələri ilə baş tutmuşdur.

“Miqrantlarla sosial işin təşkili” mövzusundaki seminarda “Sosial fənlər kafedrasının müdiri dos. A.Məmmədov və Sosial iş ixtisasının tələbələri iştirak etmişdir. Maraqlı keçən seminarın sonunda müzakirələr keçirilmiş və tələbələri maraqlandıran suallar mütəxəssisə ünvanlanmışdır. Azərbaycan Sosial İş İctimai Birliyi ilə Gəncə Dövlət Universitetinin daha geniş əməkdaşlığının əhəmiyyəti qeyd edilən seminarda, gələcəkdə daha geniş auditoruya qarşısında sosial işin müxtəlif istiqamətlərinə aid elmi seminarların təşkil olunması qərarlaşdırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir