“The history of internet” (İnternetin tarixi) mövzusunda açıq dərsi

IMG_0680 IMG_0681 IMG_0685 IMG_0687 IMG_0678

08 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix – Coğrafiya müəllimliyi ixtisasının I  kursunda  Praktik xarici dillər kafedrasının baş müəllimi Kərimli Aytən Tahir qızının İngilis dili  fənnindən “The history of internet” (İnternetin tarixi) mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə İnternetin tarixi haqqında mətnin izahı və tərcüməsi, internetin müasir həyatımızda rolu haqqında ,  Ümumdünya hörümçək toru və onun ixtiraçısı Tim Berner haqqında məlumat, mətnlərin izahı və tərcüməsi və digər məsələlər seminar məşğələsində müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasının müdiri dos. Vüsalə Veysəlova, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova  və kafedranın digər əməkdaşları iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir