Gündəlik Arxiv: 17 Aprel 2016

Kafedra iclası

Ümumi tarix kafedrasının 14.04.2016-cı il tarixində iclası keçirildi.İclasda kafedra əməkdaşları ilə yanaşı fakültənin dekanı dos.U.Həsənov da iştirak edirdi. Kafedranın gündəliyində olan əsas məsələlərdən  pedoqoji təcrübə, buraxılış işlərinin vəziyyəti və kafedranın doktorantının hesabatının müzakirəsi idi.

Davamı

Açıq dərs

15.04.2016-cı il tarixində tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Kazımov Bəhman Qafar oğlunun tarix müəllimliyi ixtisasının IV kursunda Müasir tarix fənnindən “İspaniya 1946-1970-ci illərdə” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kafedra müdiri dos.V.Veysəlova, b/m S.İsmayılzadə, t.f.d. b/m E.Musayev və X.Məmmədov iştirak etmişdilər.   

Davamı